Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:18
Azərbaycan Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin iki zabiti rüşvət almaq ittihamı ilə tutulub. Bakı Hərbi Məhkəməsindən "APA" informasiya agentliyinə bildiriblər ki, zabitlər Azər Xalıqov və Azər Hüseynov Cinayət Məcəlləsinin rüşvət alma maddəsi ilə təqsirli bilinirlər. Aprelin 27-də onlar barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onları əmlakları müsadirə olunmaqla 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Hələlik adı çəkilən zabitlərin yaxınları, ya da vəkillərinin bu ittihamlarla bağlı hər hansı mövqeyi ifadə edilməyib.

Bir müddət öncə Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin şəxsi heyətin uçotu üzrə məsul zabiti, polkovnik-leytenant Azər Hüseynovun bu il intihara cəhd etməsi barədə məlumatlar yayılmışdı. Həmin ərəfədə Göygöl rayonu yaxınlığındakı hərbi postlardan birində 7 əsgər müəmmalı şəraitdə qətlə yetirilmişdi və Müdafiə Nazirliyi faktla bağlı ictimaiyyətə təfsilatlı məlumat verməmişdi.

Bu yaxınlarda Bakıda Suraxani rayonunun hərbi komissarı da rüşvət almaq ittihamı ilə həbs edilmişdi.

Şərhləri göstər

XS
SM
MD
LG