Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:50

Aksiya ilə əlaqədar daha 2 nəfərə qarşı ittiham irəli sürülüb


İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə bağlı daha 2 nəfərə qarşı ittiham irəli sürülüb.

Bu barədə «APA»ya açıqlamasında Bakı şəhər prokurorunun müavini, istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev məlumat verib.

O deyib ki, daha 2 nəfərin 2 aprel hadisələrində iştirakı sübuta yetirilib. Onlar Elnur İsrafilovRüfət Hacıbəylidir.

F. Həsənəliyev qeyd edib ki, artıq bu şəxslərə qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham elan olunub. Bununla da 2 aprel aksiyası ilə bağlı cinayət məsuliyyətinə cəlb edilənlərin sayı 13-ə çatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG