Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:32

Azərbaycan ordusunun iki zabiti həbs edilib


Azərbaycan Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin iki zabiti həbs edilib.

Bu barədə «APA»ya Bakı Hərbi Məhkəməsindən bildirilib.

Məlumata görə, Milli Ordunun zabitləri Azər XalıqovAzər Hüseynov Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma – qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinirlər. Aprelin 27-də onlar barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bir müddət öncə Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin şəxsi heyətin uçotu üzrə məsul zabiti, polkovnik-leytenant Azər Hüseynovun bu il intihara cəhd etməsi barədə məlumatlar yayılmışdı. Həmin ərəfədə Göygöl rayonu yaxınlığındakı hərbi postlardan birində 7 əsgər müəmmalı şəraitdə qətlə yetirilmişdi və Müdafiə Nazirliyi faktla bağlı ictimaiyyətə təfsilatlı məlumat verməmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG