Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:26

Rusiya gələn ay xaricə neft məhsulları satmayacaq


Rusiya bu gün elan edib ki, gələn ay daxili bazarı təmin etmək heç bir neft məhsulları ixrac etməyəcək. Bu barədə aprelin 28-də energetika nazirinin müavini Serqey Kudryashov regional iclasda deyib.

Bundan əvvəl bu həftə məlumatlar gəlmişdi ki, onlarla regionda benzinin qiyməti qalxıb. Altay vilayətində isə qiymət daha yüksək olub.

Baş nazir Vladimir Putin göstəriş verib ki, vəziyyət araşdırılsın.

Rusiyanın iri neft şirkətlərindən olan Lukoyl bu gün təsdiq eləyib ki, neft məhsullarında qiymət 5 faizdən 7 faizədək qalxıb.

Bundan əvvəl Rusiya daxili bazarın tələbatını ödəmək üçün bu ilin sonuna qədər taxıl ixracaatını da dayandırıb.
XS
SM
MD
LG