Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:08

«Amnesty International»: «İranda açıq edamların sayı artıb»


İran ötən il 252 adamı edam edib

İran ötən il 252 adamı edam edib

«Amnesty International» ictimaiyyətin gözü qarşısında - açıq edamlar keçirdiyi üçün İranı ittiham edib. Üstəlik bildirib ki, İranda açıq edamların sayı ötən illə müqayisədə artıb.

2011-ci il başlayandan bəri 13 adam ictimaiyyətin gözü qarşısında asılıb. 2010-cu ildə isə açıq edamların sayı 14 olmuşdu. Edamların səkkizi aprelin 16-dan sonra baş verib.

Bu il aprelin 20-də İranın cənubunda Bəndər Abbasda üç adamın açıq edamı olub. Onlardan ikisi yeniyetmə idi və 17 yaşları olanda, zorlama və adam öldürməkdə ittiham olunublar. Eyni vaxtda asılan dördüncü adam da zorlama ittihamı ilə üzləşib.

«Yenə də İran qanunu pozan yeniyetmələri edam etməklə fərqlənib. Qanunu pozan yeniyetmələrin çoxu dövlətin əlində ölməməlidir», - «Amnesty International»ın Yaxın Şərq və Şimali Afrika proqramı üzrə direktor müavini Hassiba Hadj Sahraoui deyir:

«EDAMLARA TOLERANT YANAŞMAQ MÜMKÜN DEYİL»

- Açıq edamlar təkcə yaşamaq hüququna qarşı zorakılıq deyil, həm də insan ləyaqətinə kobud təhqirdir ki, buna da tolerant yanaşmaq mümkün deyil.

Bu il aprelin 16-da Şirazda qətl, silahlı qarət və oğurluq ittihamı ilə üç nəfər adamların gözü qarşısında asılıb. Eyni gündə dördüncü adam Fars əyalətində asılıb. O da dörd qətl törətməkdə təqsirli bilinib.

Hassiba Hadj Sahraoui
İranda açıq edamlar zamanı kranlar boğazına ilgək keçirilmiş adamları yuxarı qaldırırlar. Onlar irəli-geri yelləndirilməklə nümayiş etdirilirlər.

H. Sahraoui deyir ki, onlar bu edamlardan çox narahatdırlar:

«İRAN İNSANİ DUYĞULARI MƏHV ETMƏK İSTƏYİR»


- İran hakimiyyəti bununla adamların gözünü qorxuzmağa çalışır. Bu cür açıq edamlar heç də təkcə qeyri-insani deyil, həm də edama şahidlik edən sıravi adamların insani duyğularını məhv etmək cəhdidir.

İranda ötən ilin dekabrında edamların sayı kəskin artıb. Bu ilin yanvar ayında isə azı 86 adam edam edilib.

Beynəlxalq məzəmmətdən sonra fevral ayında bu cür hökmlərin sayı azalsa da, Novruz bayramından sonra yenidən artıb.

«Amnesty International» bildirir ki, İran ötən il 252 adamı edam edib, onlardan 14-ü açıq edam olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG