Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:21

Əcnəbi qonaqların abadlıq işlərinə heyranlığı, dövlət vəsaitinin oğurlanması və...


Mətbuat icmalı

Mətbuat icmalı

«Azərbaycan» qəzeti yazır ki, «UĞURLU START İNKİŞAFIN BUNDAN SONRA DA DAVAMLI OLACAĞINDAN XƏBƏR VERİR».

«Ölkəmizdə regionların inkişafına xüsusi önəm verilir. Bu məqsədlə iki Dövlət Proqramı qəbul edilib. 2004-2008-ci illəri əhatə edən birinci Dövlət Proqramı uğurla həyata keçirilib. Regionlarda yüzlərlə məktəb, xəstəxana və digər sosial obyektlər, eləcə də müxtəlif sahələri əhatə edən emal və sənaye müəssisələri tikilərək istifadəyə verilib. Yeni fəaliyyətə başlayan bu müəssisələrdə bölgələrdə yaşayan minlərlə sakin işlə təmin olunub. Regionlarda aparılan abadlıq işləri bölgələrin simasını tamamilə dəyişib. Ölkəmizin elə bölgələri var ki, buraya gələn əcnəbi qonaqlar təkcə təbiətin əsrarəngiz gözəlliyinə deyil, həm də gözoxşayan abadlıq işlərinə heyran qalırlar», - deyə qəzet yazır.

«ABŞ SƏFİRLƏRİ GÜRCÜSTANDA NİYƏ TOPLAŞIRLAR?»

«Azadlıq» qəzeti yazır ki, «ABŞ səfirlərinin Qafqazın yeganə demokratik ölkəsi olan Gürcüstanda toplaşmasının simvolik mənası var».

«Regionda çox ciddi marağı olan ABŞ Gürcüstanın demokratikləşməsini təmin etməklə bu ölkəyə bağlı planlarının müəyyən hissəsini həyata keçirmiş olub».

Qəzet yazır ki, səfirlərin Gürcüstana toplaşmasının başqa bir səbəbi də var.

«Səfirlərin Gürcüstanda toplaşmasının çox mühüm bir səbəbi onların diplomatik fəaliyyətində yeni mərhələnin başlamasıdır».

«Yeni Müsavat» qəzeti yazır ki, «DÖVLƏT VƏSAİTİNİ OĞURLAMAĞIN MÜDHİŞ ÜSULU İCAD EDİLİB»

«Dövlət başçısı İlham Əliyevin məlum antikorrupsiya müşavirəsindən sonra ölkədə korrupsiyaya qarşı tədbirlərin başlandığı bildirilsə də, büdcədən yayınmalar davam edir. Gömrük, vergi və digər dövlət orqanlarında yığılan pullar rəsmiləşdirilmək əvəzinə, şəxsi hesablara köçürülür. Bununla bağlı redaksiyamıza müraciət edən onlarla sahibkar baş verənlərə etiraz edir.

Vətəndaşlar bildirir ki, ayrı-ayrı sahələrdə dövlət rüsumunu ödəmək üçün onlara verilən hesab fiziki şəxslərə aid şəxsi hesabdır, rüsum dövlət büdcəsinə ödənilmir. Hətta rüsum kimi ödəməli olduqları vəsaiti də onlardan şəxsi hesaba köçürmək tələb edilir», - deyə qəzet yazır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG