Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:31

Amnesty İnternational: “İranda açıq edamların sayı artıb”


Beynəlxalq Amnistiya Təşkilatı (“Amnesty İnternational”) İranda açıq edamların sayı kəskin artdığını bildirib. Təşkilatın rəsmisi Hadj Sahraoui bildirib ki, İran hakimiyyəti bu il 13 adamı asıb, bu rəqəm isə ötən ilin rəqəminə yaxındır: "Bu bizi çox narahat edir ki, İran hakimiyyəti bununla adamların gözünü qorxuzmağa çalışır. Bu cür açıq edamlar heç də təkcə qeyri-insani deyil, həm də edama şahidlik edən sıravi adamların insani duyğularını məhv etmək cəhdidir". Təşkilatın məlumatında deyilir.

Beynəlxalq Amnistiya Təşkilatı bildirir ki, İran ötən il 252 adam edam edib, onlardan 14-ü açıq edam olub.
XS
SM
MD
LG