Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:11

Fələstinin yeni planı İsrailin və ABŞ-ın narazılığına səbəb olub


İsrail və onun müttəfiqi ABŞ Fələstində Fəth və Həmas hərəkatlarının yaxın günlərdə vahid hökumət yaratmaq bağlı ilkin razılığa gəlmələrinə reaksiya verib.

İsrail artıq Həmasın da qoşulduğu planı rədd edib. Bildirib ki, bölgədə sülh ona görə mümkün olmur ki, Həmas İsrailin dağıdılması üçün çağırışlar edir.

Vaşinqtonda Ağ Ev Həması "terrorçi qrup" adlandırıb və bildirib ki, Fələstin hökumətinin istənilən gələcəyi İsraillə sülhə nail olmaqdan, zorakılıqdan imtina etməkdən və İsrailin mövcudluğunu qəbul etməkdən keçir.

Hazırda Qəzzə bölməsi Həmasın, İordan çayının qərb sahili isə Fəth hərəkatının nəzarətindədir.

Qərbin dəstəklədiyi Fələstin prezidenti Mahmud Abbasın partiyası Fəth Həmasla birgə hökumət yaratmaq üçün bu il seçki keçirilməsi barədə razılığa gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG