Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:05

Amerikalı səfər deyir ki, Liviyada 30 min adam öldürülüb


ABŞ-ın Liviya üzrə səfiri deyir ki, bu şimali Afrika ölkəsində iğtişaşlar başlayandan bəri 30 min adam öldürülüb.

Yanvar ayında Tripolini tərk edən səfir ene Gretz deyir ki, qiymətləndirmələrə görə, ölənlərin sayı 10 mindən 30 minədək artıb. Amma hazırkı sayı dəqiqləşdirmək çətindir.
Səfir aprelin 27-də jurnalistlərə bildirib ki, Vaşinqton Liviyanın Benqazi şəhərində qərarlaşan müxalifətin keçid hökuməti ilə bağlı münasibətini yekunlaşdırıb. Amma hələ Obama adminstrasiyası Liviya hökuməti kimi Milli Şuranı tanıyacağı ilə bağlı qərar verməyib. Milli Şuranı Qətər, Fransa və İtaliya artıq rəsmi hökumət kimi tanıyıb.
XS
SM
MD
LG