Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:51

BMT-nin Təhlükəsizlik Şurası Suriya ilə bağlı bir qərara gələ bilmədi


BMT-nin Təhlükəsizlik Şurasında Suriyadakı hadisələrə dair bəyanat verilməsi ilə bağlı razılıq əldə olunmayıb. Suriyada hakimiyyətin etirazçılara qarşı zor işlətməsi nəticəsində yüzlərlə adam ölüb. Qərb liderlərinin səyləri Rusiya və Çinin müqaviməti sayəsində bir nəticə verməyib.

Rusiyanın BMT-ki nümayəndəsi Aleksandt Pankin deyib, Moskva güman etmir ki, Suriyadakı hadisələr beynəlxalq təhlükəsizliyə problem yaradır və o xəbərdarlıq edir ki, xarici müdaxilə Suriyada böhranı vətəndaş müharibəsinə çevirə bilər.

Təhlükəsizlik Şurasında Suriya ilə bağlı müzakirələrdən əvvəl qurumda veto hüququna sahib Rusiya və Çin Şuranı Liviyadakı hadisələrdə tutduğu mövqeyə görə tənqid etmişdi.

Suriyada hakim Baaz (Baath) partiyasının 200-dən çox üzvü istefaya getdiyi bəyan edib. Onlar səbəb kimi adamalara qarşı odlu silahdan istifadə edilməsini göstəriblər.
XS
SM
MD
LG