Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:34

Əli Kərimli ilə İsa Qəmbər yenidən polisə çağırılıb


Əli Kərimli və İsa Qəmbər

Əli Kərimli və İsa Qəmbər

AXCP sədri Əli Kərimli aprelin 28-də yenidən Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb. Bu barədə AzadlıqRadiosunun onun köməkçisi Faiq Əmirov məlumat verib.
Onun dediyinə görə, Əli Kərimlini bu dəfə də 2 aprel aksiyası ilə bağlı qaldırılmış cinayət işi üzrə təkrar ifadə üçün dəvət ediblər.

Müsavat başqanı İsaQəmbər isə aprelin 29-da BŞBPİ-yə çağırıblar. Bu barədə Azadlıqradiosuna Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib.
Gülağa Aslanlı deyir ki, onlar aprelin 29-da İctimai palatanın sessiyası keçirilən gün İsa Qəmbərin yenidən polisə çağırılmasını hakimiyyətinin İctimai Palatanın işinə təzyiq kimi qiymətləndirirlər.

“Belə təsadüf ola bilməz, Aprelin 29-da İctimai Palatanın növbəti sessiyası keçiriləcək. Sessiyanın başlanmasına 1 saat qalmış İsa Qəmbərin istintaqa çağırılması başqanın iclasda iştirakını əngəlləməyə yönələn bir addımdır”.
2 aprel mitinqinin istintaqı ilə bağlı İsa Qəmbər birinci dəfə aprelin 15-də BŞBPİ-də olub. Həmin vaxt ondan 6 saatdan çox izahat alıblar.
Həmin istintaqla bağlı bir gün sonra, aprelin 16-da Əli Kərimli polisə çağırılıb. O da 8 saatdan çox bir müddətdə mitinqlə bağlı sorğu-sual olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG