Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:25

TELLİ. Həyat bir gün bitəcək

















Həyat bir gün bitəcək,
Məşhərdə görüşəcəyik.
Sən cənnətin qapılarından keçərkən,
Mən zəbanilərlə cəhənnəmə gedəcəm.
Ağlayacam arxandan -
Sənin üçün dua edəcəm yenə...

Göz yaşlarım cəhənnəm istisini soyutmayacaq,
Mən alov üçün odun daşıyacam,
Şeytan olmazın işgəncəsin verəcək.
Bilirəm,
Gözlərim yanacaq,
Dərim soyulacaq,
Yenə Sənin üçün dua edəcəm...

Bilirəm, Sənin də duaların əksik olmur,
Halıma ağlayırsan.
Fürsətin olsa cənnəti tərk edərsən,
Yanıma - cəhənnəmin istisinə gələrsən.
Elə də mükəmməl deyiləm,
Günahlarımı tamamlayıb yanına gələcəm...

Səni heç sevmədiyim qədər sevəcəm,
Dualarına duaçıyam...


DÜNƏN – BU GÜN

Dünən mənə hamı gülmüşdü
İlk sevgimin uğursuzluğuna görə.
Dünən sevginin yoxluğundan danışdılar
Bu gün təsəlli verdilər üzülməyim deyə-
“Sevirsə geri dönəcək”...
Dünən dərsdən iki aldım-
Yenə təsəllilər...
Bu gün əzbər öyrənmişdim dərsimi,
İkidən sonra beş yazılmaz-
dörd aldım.
Dünən insanlara nifrət etdim,
Bu gün həyata baxışım dəyişdi.
Dünənə kimi yaşamaq həvəsim ölmüşdü,
Bu gün yenidən göz açdım dünyaya.
Dünən balaca bir qız idim,
Bu gün bir az böyüdüm...


***

Gecələr qədər qorxuluyam – ehtiyat et.
Qaranlıq qədər sakitəm - çox da inanma!
Saat qədər hövsələsizəm – səbrimi yoxlama.
Ölüm qədər səssizəm – məni danışdırma!

Çox qürurluyam – bağışla məni.
Utanıram səndən – fikir vermə.
Hərdən küsürəm – ürəyi yumşağam.
Günahım çoxdur – bu həqiqətdir...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG