Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:46

Limonov prezident seçkilərində mütləq iştirak edəcək


Limonov Moskvada hökumət qarşı aksiyada həbs edilib. 31 mart 2010

Limonov Moskvada hökumət qarşı aksiyada həbs edilib. 31 mart 2010

Tanınmış rus yazıçısı və qeydiyyata alınmamış “Başqa Rusiya” Partiyasının lideri Eduard Limonov deyib ki, 2012-ci ilin prezident seçkilərinə qatılmaq fikri qətiləşib.

"Ambisiyalarım axır zamanlar güclənib" - deyən Limonov “İnterfaks” agentliyinə açıqlamasında bildirib ki, prezidentliyə namizədliyini irəli sürmək iddiasını dilə gətirmiş və indiki hakimiyyətin başında duranların rəqibi olmaq istəyən adamların hamısı “sistemin adamlarıdır”.

“Jirinovski də sistemin adamıdır, Züqanov da. Hətta Mixail Kasyanov da”.

67 yaşlı yazar-siyasətçi deyir ki, bu mənada sistemin adamı olmayan yeganə adam odur.

Amma eyni vaxtda “Yabloko” Partiyasının rəhbəri Sergey Mitroxin də bildirib ki, güman ki növbəti seçkilərdə partiyanın namizədi Qriqori Yavlinskinin namizədliyini irəli sürəcəklər.

Hələ ki hakim "Vahid Rusiya" Partiyasının namizədinin hazırkı dövlət başçısı Medvedev, yoxsa baş nazir Putin olacağı bilinmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG