Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:54

Suriya hakimiyyəti Deraa şəhərinə əlavə qüvvələr yeridir


Suriya hakimiyyəti ölkənin cənubundakı Deraa şəhərinə əlavə qüvvələr və zirehli texnika yeridir.

Associaton Press agentliyinin məlumatına görə şəhərdə atışma və partlayış səsləri eşidilir.

Ölkə boyu mövcud rejimə qarşı çıxanların hyəbsi gedir.

Beynəlxalq aləm Suriyada yaranmış vəziyyətdən narahatlıq bildirib.

Çərşənbə günü İstanbulda Suriya müxalifətinin iclası keçirilib.
Müxalifət ölkənin hakim dairələrini ölkədə qan tökülməsi və həbslərə son qoymağa çağırıb.

Avropa Birliyi cümə günü Brüsseldə Suriyaya qarşı mümkün sanksiyaları müzakirə edəcək.

Həmçinin bu gün BMT-nin təhlükəsizlik şurasında Suriyadakı vəziyyətin müzakirəsi gözlənilir.

Hüquq müdafiəçilərinin sözlərinə görə son 6 həftə ərzində ölkədə 450-dən çox nümayişçi öldürülügb.
XS
SM
MD
LG