Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 03:55

Eldar&Nigar Avropa turunda


Azerbaijan. Baku. Eurovision 2011 Azerbaijan
Azerbaijan. Baku. Eurovision 2011 Azerbaijan
Azərbaycanı Eurovision 2011 müsabiqəsində təmsil edəcək Nigar Camal və Eldar Qasımov mahnılarını tanıtmaq üçün Avropa promo-turu çərçivəsində Malta, Ukrayna, S. Peterburq, Estoniya, Tallində olublar.

"Məncə Eldar və Nigarın dueti sakit və romantik olsa belə, bu ilki Eurovision səhnəsini sındırmaq üçün bu cütlük böyük potensiala sahibdirlər".

AZƏRBAYCAN TƏMSİLÇİLƏRİ UKRAYNADA

Bunu 2004-cü il Eurovision qalibi Ruslana azərbaycanlı təmsilçilərlə görüşündə deyib. Aprelin 20-də Azərbaycan təmsilçiləri Balkan əfsanəsi Goran Regović və Ruslana ilə Kiyev şəhərinin “Freedom” konsert zalında keçirilən şouda eyni səhnəni paylaşıblar. Eldar və Nigar konsert zalında 4500-dən çox tamaşaçı qarşısında çıxış ediblər.
Hər iki iştirakçı Ukraynada böyük sevgi və coşqu ilə qarşılanmalarından təəccüblərini gizlədə bilməyiblər.

ELDAR VƏ NİGAR LİDERDİR



Wiwibloggs saytında müsabiqə iştirakçıları arasında aprelin 2-dən top modelin seçiminə başlanılıb. Seçimlərdə 30 nəfər kişi, qadın iştirakçı arasında Azərbaycanlı təmsilçilərin hər ikisi lider arasındadır.

ƏN BÖYÜK RƏQİB

Nigar Camal isə səsvermənin ilk həftəsindən liderdir. 17 iştirakçı arasında onun rəqibi Ermənistan təmsilçisi Emmydir. Nigar 1 417 səslə birinci, Emmy isə 1 298 səslə ikincidir.

Sayt ilk 7-likdə 3, 4 və 5-ci yeri tutanların (Polşa, Sloveniya, Slovakiya) azərbaycanlı- erməni üstünlüyünə son qoymaq üçün əllərindən gələni etdiyini yazır.
Ötən il Azərbaycanlı ifaçı Səfurə Əlizadə həmin kateqoriya üzrə müsabiqənin ikincisi, 2009-cu ildə isə Aysel Teymurzadə birinci olmuşdu.

ELDAR&NİGAR

Eldar Qasımov və Nigar Camal müsabiqədə Eldar&Nigar adı ilə çıxış edəcəklər. Onlar Stefan Orn, Sandra Bjurman və İain Farquharson bəsdələdiyi “Running Scared” mahnısını ifa edəcəklər.

“Youtube”-da mahnıya çəkilmiş klipə yarım milyondan çox baxış olub.
“Eurovision-2010”da Azərbaycan təmsilçisi Safuranın ifa etdiyi “Drip Drop” mahnısı da həmin müəlliflərindir.

Azərbaycan «Eurovision-2010» mahnı müsabiqəsinə 1 milyon 560 min manat xərcləyib.
Almaniyada keçiriləcək «Eurovision 2011» yarışmasının təşkilinə ümumilikdə 7,8 milyon avro vəsait ayırıdığı bildirilir.

Eldar və Nigar mayın 10-da birinci yarımfinalda 18-ci çıxış edəcəklər.

Final isə mayın 14-də olacaq.
XS
SM
MD
LG