Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:30

Gənclər 30 aprel aksiyası ilə bağlı bəyanat yayıblar


«Nida» Vətəndaş Hərəkatı, «Azad gənclik» və «10 dekabr» gənclər təşkilatları «Facebook» sosial şəbəkəsində elan edilən 30 aprel - terror qurbanlarını anım aksiyası ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, bir qrup gənc aprelin 30-da paytaxtda, Cəfər Cabbarlının heykəli ətrafında toplaşıb terror qurbanlarının xatirəsini anacaq. Tədbir vaxtı hər hansı şüar səsləndirilməyəcək və mitinq keçirilməyəcək.

Bəyanatda deyilir ki, anım tədbirini şüarlar və ya başqa vasitələrlə hər hansı aksiyaya çevirmək cəhdini təşkilatçılar təxribat kimi dəyərləndirəcək və bu hallara görə onlar məsuliyyət daşımayacaq:

«Məqsədimiz gənclərimizin həmrəyliyi ilə həmyaşıdlarımızın faciəsinə vətəndaşlarımızın biganə olmadığını göstərmək və hər birimizin terror qurbanı ola biləcəyimizi cəmiyyətə çatdırmaqdır».

Aksiyaya «Facebook» sosial şəbəkəsi vasitəsilə mindən çox istifadəçi dəvət olunub.

2009-cu il aprelin 30-da Dövlət Neft Akademiyasına silahlı basqın nəticəsində 13 nəfər həlak olub, 13 nəfərsə yaralanıb. /Media Forum/

Günün bütün mövzuları

XS
SM
MD
LG