Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:06

Müxalifət liderini 15 il həbs cəzası gözləyir


Andrey Sannikau məhkəmədə 27 aprel 2011

Andrey Sannikau məhkəmədə 27 aprel 2011

Minskdə Belarus müxalifətinin lideri Andrey Sannikaunun məhkəməsi başlanıb.

Son prezident seçkilərində Lukaşenkonun rəqibi olan Sannikau seçkilərdən sonrakı etirazların təşkilində ittiham olunur.

Müxalifət liderinə qarşı rəsmi ittiham - kütləvi iğtişaşlar salmaq ittihamıdır və bu ittihamla o, 15 il həbs cəzası ala bilər.

Xarici işlər nazirinin keçmiş müavini, “Xartiya 97” insan haqları qrupunun yaradıcısı Sannikaunun uzun müddətli həbs cəzası ala bilməsi tamamilə realdır. Çünki ondan qabaq artıq 7 müxalifətçi 2 ildən 4 ilə kimi həbsə məhkum olunub.

Onlardan biri Dmitri Bandarenka Sannikaunun seçki komandasına daxil idi və o, ictimai asayişi pozmaq ittihamı ilə 2 il həbs cəzası aldı.

Sannikau ilə birlikdə daha 11 müxalifətçi məhkəmə qarşısına çıxarılıb.

Məhkəmənin ədalətli olacağına inanan azdır. İnsan haqları fəallarının dediyinə görə, prokurorlar müttəhimlərin hərəkətlərində cinayət tərkibinin olmasını sübut edən faktları təqdim etməyiblər.
Buna heç lüzum da görmürlər.

Belarusdakı Helsinki Komitəsinin sədri Aleh Haluk deyir:
“Biz qeyri-peşəkarlığın çox yüksək səviyyəsini görürük. Onlar öz beyinlərində olan fikirlərinə uyğun olan faktlarla məhkəməyə gəlməyə çalışırlar. Ancaq bunlar dəlil-sübut deyil. Burda heç nə aydın deyil. Aydın olan odur ki, düzgün məhkəmə olmayacaq”.

Sannikau 19 dekabr seçkilərindən sonrakı etirazlara görə məhkəmə qarşısına çıxarılan ən tanınmış müxalifətçidir.

Onun məhkəməsi Qərbdə diqqətlə izlənəcək.
Qərb onsuz da seçkilərdən sonra müxalifət nümayişlərini əzdiyinə görə Belarus hakimiyyətinin 100 nümayəndəsinin Qərb ölkələrinə səfərinə qadağan qoyub və onların bank hesablarını dondurub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG