Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:50

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Leon Panetta müdafiə naziri olacaq


ABŞ Mərkəzi Kəşviyyat İdarəsinin rəhbəri Leon Panettanın müdafiə naziri vəzifəsinə təyin olunacağı gözlənilir.

Bu barədə ABŞ-ın kütləvi informasiya vasitələri xəbər verirlər.

Panetta bu vəzifədə Robert Geytsi (Robert Gates ) əvəz edəcək.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, Mərkəzi Kəşviyyat İdarəsinə isə hazırda Əfqanıstandakı koalisiya qüvvələrinin komandanı Devid Petreus (David Petraeus) başçılıq edəcək.

Pentaqonun məlumatına görə onun yerinə isə general Con Allen təyin ediləcək.
Cümə axşamı Ağ evin bu barədə açıqlama verəcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG