Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:03

Belarusda müxalifət liderinin məhkəməsi gedir


Belarusda müxalifət lideri Andrey Sannikaunun məhkəməsi başlanıb.

O kütləvi etiraz aksiyalarının təşkilində ittiham olunur.

Əgər günahı sübuta yetirilsə, onu 15 il həbs cəzası gözləyir.

Sannikau ötən il dekabrın 19-da keçirilmiş prezident seçkisində indiki prezident Aleksandr Lukaşenkonun əsas rəqibi olub.

O seçki günü keçirilmiş etiraz aksiyası zamanı həbs olunub.

Həmçinin bundan əvvəl onun yaxın köpməkçisi Dimitriy Bondarenko eyni ittihamla 2 il azadlıqdan məhrum edilib.

Beynəlxalq təşkilatlar və qərb ölkələri seçkidən sonra Belarusda yüzlərlə müxalifətçinin həbsini kəskin ittiham ediblər.

Birləşmiş Ştatlarla Avropa Birliyi viza qadağası da daxil olmaqla, Aleksandr Lukaşenko və onun yaxın ətrafına qarşı sanksiyalar tətbiq edib.
XS
SM
MD
LG