Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:26

BVF Azərbaycanda ikirəqəmli inflyasiya gözləyir


Moldova - Inflation, National Bank, 03Feb2011

Moldova - Inflation, National Bank, 03Feb2011

Beynəlxalq Valyuta Fondunun (BVF) yeni yayılan hesabatına görə Azərbaycanın da daxil edildiyi Qafqaz və Mərkəzi Asiya regionu ölkələrində böhrandan sonra dirçəliş var.

Ermənistan və Türkmənistan istisna olmaqla bu region ölkələrində 2010-cu ildə istehsal əvvəl gözləndiyindən daha çox olub. Bu region ölkələrinin dirçəlişinə təsir edən əsas amillərdən biri neft və qazın qiymətlərinin yüksək olmasıdır.

Sənədə görə Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistanda iqtisadi artım 7 faiz olub. Amma regionun neft-qaz idxal edən başqa ölkələrində - Ermənistan, Qırğızıstan, Tacikistan və Gürcüstanda bu göstərici 4 faiz olub. Hərçənd ki, bu ölkələr də minerallar və metalın qiymətinin yüksək olmasından fayda götürüblər.

Qafqaz və Mərkəzi Asiya regionu ölkələrində ümumi tədiyyə balansı bir qədər yaxşılaşıb. Amma hazırda Ermənistan və Gürcüstanda isə büdcə kəsirinin səviyyəsi yüksək olaraq qalır. Xüsusilə Azərbaycan və Qazaxıstanda valyuta ehtiyatları artır. Amma bu regionun bütün ölkələri dalğalanan inlfyasiya təhlüksəi altındadırlar.





BVF qeyd edir ki, 2011-ci ildə beynəlxalq bazarlarda yanacağın 18, ərzağın isə daha 15 fazi bahalaşması gözlənir. Region ölkələrində ümumi inflyasiya göstəricilərinin də əvvəl gözləndiyindən 3 fazi daha çox – 10 fazi olması gözlənir. Azərbaycan və Qazaxıstanda inflyasiya ikirəqəmli ola bilər.

Əsasən neft-qaz ixrac edən ölkələr subsidiyalar və başqa dolayı yollarla ərzaq mallarının qiymətlərinə təsir etməyə çalışsalar da xarici bazarlardakı enerji qiymətlərində şok, daxili bazarlarda ərzağın qiymətində şok effekti verə bilər.

BVF yaxın perspektivdə bəzi çətinliklərə baxmayaraq bir qədər uzaq gələcəkdə Yaxın Şərq və Şimali Afrika regionu ölkələrində iqtisadi imkanların artacağını qeyd edir.


Fonda görə həmin region ölkələrində yaxın gələcəkdə ərzaq qiymətlərinin artması və iqtisadi fəallığın zəifləməsi kimi problemlər yaşayacaq.

Azərbaycanda müstəqil iqtisadçılar da ciddi inflyasiya risklərinin olduğunu bildirirlər.
İqtisadi Tədqiqatlar Mərkəzi Azərbaycanın 10 regionunda 2011-ci ilin mart ayı ərzində apardığı müşahidə ilə bu qənaətə gəlib ki, son bir ildə ölkədə inflyasiya 15 faiz olub.

Azərbaycanda inflyasiya probleminin olduğunu hökumət də etiraf edir.
İlham Əliyev

Prezident Administrasiyasının İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov keçən həftə jurnalistlərə bildirib ki, dünyada qiymətinin kəskin artacağı ilə bağlı proqnozlar özünü doğrultsa, Azərbaycanda inflyasiyanı birrəqəmli həddə saxlamaq çətin olacaq.

M.Rəhimovun sözlərinə görə, hökumət inflyasiyanı birrəqəmli həddə saxlamağa çalışır, lakin neftin bahalaşması davam etsə, inflyasiyanın qarşısını almaq çətin olacaq: «Çünki bu bizdən asılı olmayacaq. Xaricdən gələn malların qiyməti artsa, hökumət nə edə bilər?»

Aprelin əvvəlində prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bildirib ki, dünyada neftin qiymətinin bahalaşması Azərbaycanda da inflyasiya risklərini artıra bilər.

O, istehlak qiymətlərinə nəzarətin olduğunu, daim monitorinq aparıldığını və inhisarçılığa qarşı mübarizənin həm idxalda, həm daxili istehsalda daha da güclü olması üçün tədbirlərin görülməsinin vacibliyini qeyd edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG