Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:02

Yəməndə istefa tələbilə kütləvi nümayişlər keçirilir


Bu gün Yəmənin 10-dan çox şəhərində prezident Ali Abdullah Salehin istefası tələbilə nümayişlər keçirilir.

Müxalifət vətəndaş itaətsizliyinə çağırdığına görə, bir çox mağaza, məktəb və idarələr işləmir.

Ölkənin şərqindəki Aden şəhərində təhlükəsizlik qüvvələrilə toqquşmada 1 nəfərin öldüyü xəbər verilir.

Prezident ötən həftə müəyyən şərtlərlə hakimiyyəti dinc yolla verməyə hazır olduğunu bildirsə də, nümayişçilər təcili onun istefasını tələb edirlər.

Hakimiyyətin dinc yolla verilməsi planını Fars Körfəzi ölkələri təklif edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG