Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:26

Tütün, piylənmə, araq - əsas qatillər


Avstraliyada siqaret qutularına məcburi olan xəbərdarlıq formaları
Avstraliyada siqaret qutularına məcburi olan xəbərdarlıq formaları

İlk dəfədir ki, dünyada xroniki və ya keçici olmayan xəstəliklərin vəziyyəti haqda qlobal hesabat çıxıb.
Bu xəstəliklərə o cümlədən xərçəng, şəkər, ürək və tənəffüs orqanları xəstəlikləri daxildir.

2008-ci ilin statistikasına görə dünyada ölən 57 milyon adamdan 36 milyonu və ya 63 faizi bu xroniki xəstəliklərdən ölüb.

Bunlardan da 17 milyonu ürək xəstəliyindən, 7,6 milyonu xərçəngdən, 4,2 milyonu tənəffüs xəstəliklərindən, 1,3 milyonu şəkər xəstəliyindən ölüb.

Ancaq Dünya Səhiyyə Təşkilatının hesabatına görə, belə xəstəliklərdən bir çox ölümün qarşısını almaq olardı.

Təşkilat bu xəstəliklərin 4 ümumi səbəbini müəyyən edir:

1. Tütün çəkmək ( Ağ çiyər xərçənginin 71 faizi, tənəffüs xəstəliklərinin 42 faizi, ürək xəstəliklərinin 10 faizi tütün çəkməkdən yaranır)

2. Fiziki fəallığın azlığı (Dünyada hər il 3,2 milyon adam fiziki passivliyinə görə ölür)

3. Spirtli içkilərdən çox istifadə (Spirtli içkilərə aludəçilik hər il 2,5 milyon adam öldürür).

4. Yeməyə fikir verməmək ( Köklükdən, artıq çəkidən ölənlərin sayı ildə 2,8 milyona çatıb).

Bu 4 səbəbi aradan qaldırmaq ilk növbədə hər bir insanın öz işi olsa da, hesabatda hökumətlərə məsləhət görülür ki, hökumətlər 10 sahəyə fikir versinlər:

1. İnsanları tütün çəkməkdən qorumaq, ictimai yerlərdə tütün çəkməyi qadağan etmək

2. Tütünün ziyanı haqda mütəmadi xəbərdarlıq etmək

3. Tütün reklamını qadağan etmək

4. Tütünə vergiləri artırmaq

5. Spirtli içkilər satışına məhdudiyyətlər qoymaq

6. Alkohol reklamını qadağan etmək

7. Alkohola vergiləri artırmaq

8. Ərzağın tərkibində duzun miqdarını azaltmaq

9. Ərzaqda heyvan mənşəli yağları bitki mənşəli yağlarla əvəz etmək

10. Pəhrizi və fiziki fəallığı təbliğ etmək, o cümlədən kütləvi informasiya vasitələrində.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG