Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:48
Aprelin 26-da Müsavat Partiyasının qərargahında aparılmış axtarışların təfərrüatları məlum olub.

Bakı şəhər Prokurorluğunun istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev «Lent.az»a bildirib ki, aparılan istintaq tədbirləri nəticəsində partiyanın qərargahında axtarış aparmaq zərurəti yaranıb:

«Səbail rayon Məhkəməsinin qərarı ilə İctimai Palatanın son iclas və toplantılarının keçirildiyi binada axtarışlar aparılıb. Axtarışın məqsədi İctimai Palatanın təsis olunması, protokolları, nizamnaməsi, təsis olunduqdan sonra keçirdiyi sessiyalar, qəbul olunan qərarlar, Koordinasiya Şurasının sənədləri və s. lazımi sənədləri aşkarlamaq olub. İctimai Palata son iclaslarını həmin yerdə keçirdiyindən axtarış da məhz partiyanın qərargahında aparılıb. Daha sonra isə özlərinin iştirakı ilə protokol tərtib olunub və sənədlər götürülüb».

Aprelin 26-da aparılmış axtarışa Bakı şəhər Prokurorluğunun müstəntiqi Cavid Abbasov rəhbərlik edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG