Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:47

Məhkəmə Arif Hacılı barəsində həbs-qətimkan tədbirini qüvvədə saxladı


Arif Hacılı

Arif Hacılı

Aprelin 27-də Səbail rayon Məhkəməsində Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının məhkəmə prosesi keçirilib.

Vəkili Əshabəli Mustafayev həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıb. Ancaq hakim vəsatəti təmin etməyib.

Bu barədə AzadlıqRadiosuna Ə.Mustafayevin özü məlumat verib.

«Vəsatətə baxılmamışdan əvvəl hakimə etiraz verdik. Çünki bu həmin hakim idi ki, aprelin 4-də Arif Hacılı barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda qərar qəbul etmişdi. Halbuki, heç bir hüquqi, maddi əsaslar yox idi. Biz ona etiraz verdik, ancaq o etiraza baxılmadı».

Ə.Mustafayev deyir ki, onlar qərardan Apelyasiya Məhkəməsinə şikayət verəcəklər.

2 aprel aksiyası zamanı şübhəli şəxs qismində tutulan A. Hacılı Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham olunur.

Aprelin 4-də Səbail rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG