Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:14

Misirdə qaz terminalında partlayış olub


Misirin rəsmiləri bildiriblər ki, ölkənin İsraillə sərhəddindəki qaz terminalında partlayış olub. "Associated Press" məmurlara istinadən məlumat verir ki, əl-Əriş şəhəri yaxınlığındakı əl-Sabil terminalında partlayış nəticəsində İsrail və İordaniya arasındakı Misir boru kəmərində qazın nəqli dayandırılıb.

"Reuters" xəbər agentliyi isə təhlükəsizlik qüvvələrinə istinadən məlumat verir ki, hücumda silahlanmış dəstələr şübhəli bilinir.

Fevralda qaz kəmərinin müxtəlif hissələrindəki partlayış İsrail və İordaniyaya qaz nəqlini bir ay dayandırmışdı. Misir İsrail, İordaniya və Suriyaya qaz ixrac edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG