Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:25

Dünya Bankı Azərbaycana 80 mln. dollar kredit ayırıb


Dünya Bankının Vaşinqton ofisi, 8 may 2007

Dünya Bankının Vaşinqton ofisi, 8 may 2007

Dünya Bankı Azərbaycanda Su istifadəçiləri assosiasiyalarının inkişafı Layihəsinin həyata keçirilməsi üçün 80 mln. ABŞ dolları həcmində kreditin ayırmasını təsdiqləyib

Kreditin 76.8 mln. dolları Beynəlxalq İnkişaf Assosiasiyası, 3.2 mln. dolları isə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən ayrılacaq.

Ümumilikdə layihənin dəyəri 114.3 mln. dollardır ki, qalan 34.3 mln. dolları Azərbaycan hökumətinin iştirak payıdır. Layihənin əsas məqsədi ölkədə irriqasiya sisteminin idarə edilməsinin təkmilləşdirilməsidir.

Layihə Azərbaycanda 379 su istifadəçiləri assosiasiyası, 760 min kiçik fermer təsərrüfatları yerləşən təxminən 900 min hektar ərazini əhatə edəcək. Müxtəlif treninqdən başqa layihə çərçivəsində uzunluğu 3 min km olan drenaj və irriqasiya kanallarının yenidən qurulması nəzərdə tutulur.

1992-ci ildən indiyə kimi Dünya Bankı Azərbaycana 43 layihə üzrə təxminən 2.9 mlrd. dollar həcmində vəsait ayırıb. /APA/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG