Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:59

"Sony" şirkətinin internet təhlükəsizliyi pozulub


"Sony" Korporasiyası elan edib ki, "PlayStation Network"un on milyonlarla istifadəçinin kredit kartlarındakı məlumatlar ola bilsin ki, İnternet təhlükəsizliyinin pozulması nəticəsində oğurlansın. “Sony” bəyanatında bildirir ki, "səlahiyyəti olmayan şəxs"in online xidmətə xaker hücumunun ardınca məlumatlar ələ keçirilə bilər.

Yaponiyanın böyük şirkətlərindən biri olan "Sony" deyir ki, içində ad, ünvan, elektron ünvanlar, doğum tarixi və parollar olan şəxsi məlumatlar risk altındadır. Bildirilir ki, ola bilsin, kredit kard nömrələri də oğurlanıb.

Şirkət bildirir ki, aprelin 17-19-da sistem pozulub. Məlumatlara görə, oyunlar, musiqilər və filmlər təklif edən "PlayStation Network" xidmətində 77 milyon istifadəçi qeydiyyatdan keçib.
XS
SM
MD
LG