Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:57

İtaliya və Fransa Şengen qaydalarına dəyişiklik istəyir


İtaliya və Fransa Şengen zonasıyla bağlı viza qaydalarının dəyişdirilməsi üçün Avropa Birliyi liderlərinə müraciət edib.

Fransa Prezidenti Nikola Sarkozi İtaliaya səfərində Baş nazir Silvio Berlusconi ilə görüşdən sonra belə bəyanat verib.

Bu ilin əvvəlindən İtaliya Tunisdən qaçan 25 min mühacirə yaşayış izni verəndən sonra Fransayla münasibətlərdə gərginlik yaranmışdı. Fransa İtaliyanı mühacirləri Avropa Birliyinə buraxmaqla məsuliyyətsiz davranmaqda ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG