Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:39

Tatarlar mədəni müstəqillik tələb edirlər


Tatarıstanda Gabdulla Tuqayın doğum günü - Ana Dili Günü şənlikləri, 26 aprel 2011
Tatarıstanda Gabdulla Tuqayın doğum günü - Ana Dili Günü şənlikləri, 26 aprel 2011

Robert Coalson

Müasir tatar ədəbi dilinin banisi sayılan, 20-ci əsrin məşhur şairi və tənqidçisi Gabdulla Tuqayın «Oh, mənim ana dilim» adlanan şeirinə yazılmış mahnı Tatarıstanda ikinci himn kimi tanınır. Onun ad günü – aprelin 26-ı hər il Tatarıstanda Ana Dili Günü kimi qeyd edilir:

Tatar fəallardan olan Alia Sabirova bildirir ki, hazırda həm Rusiyadan, həm də Asiya və Qərbdən gələn təsirlərə baxmayaraq, qədim tatar mədəniyyəti özünü qoruya bilib. O qeyd edir ki, indi kiməsə tatar dilini zorla sevdirməkdənsə, onu canlı, müasir saxlamaq daha böyük xidmət olardı:

- Tatrların öz milli kimliklərini qoruyub saxlaya bilmələrinin yeganə yolu mədəniyyətdir.

Alia Sabirova

İndi siyasi müstəqillikdən danışmağın yeri deyil.
Amma biz öz mədəni müsətiqlliyimizi əldə edə bilərik. Tatar mədəniyyəti rus mədəniyyətdən tam fərqli bir şeydir. Ona görə də biz tatar mədəniyyətini təbliğ etməyə, gəncləri də bu işə həvəsləndirməyə çalışırıq.

Hazırda Rusiya, Ukrayna, Mərkəzi Asiya, Çin, Polşa, Finalndiya və Türkiyədə 7 milyon adam tatar dilində danışır. Türk dilləri ailəsinə daxil olan bu dilə də əsrləlrə ərəb, fars, rus dillərindən təsirlər olub.

Sovet hakimiyyəti illərində tatar dilinin istifadəsi bir qədər zəifləsə də təhsilin bütün səviyyələrində bu dil qalırdı. 2002-ci ildə aparılan siyahıyalamaya görə özününü tatar olduğunu deyən adamların 94 faizi bu dildə danışdığını bildirib.

G. Tuqayın doğum günü - Ana Dili Günü şənlikləri, Kazan, 26 aprel 2011


Amma yenə də şəhərlərdə tatar dili getdikcə unudulmaqdadır. Alia Sabirova bildirir ki, hətta, o, öz uşaqlarını belə rus mədəniyyətinin təsirindən tam qoruya bilmir, hətta onları rusdilli orta məktəbə göndərməli olub:

- Valideynlər seçməlidirlər, ya uşaqlarını çox məhdud gələcək vəd edən tatar məktəblərinə göndərməlisən, ya da orta təhsildən sonra onlara daha böyük imkanlar yaradan rusdilli məktəblərə.

Rusiyanın federasiya subyektlərindən biri olan Tatarıstanda yerli dildə orta və ali məktəblər olsa da yekun imtahanlar yalnız rus dilində aparılmalıdır. Bu respublikada tam tatar dilində təhsil verən bir dənə də universitet yoxdur.

G. Tuqayın doğum günü - Ana Dili Günü şənlikləri, Kazan, 26 aprel 2011


Buna baxmayaraq, tatar dilinin artıq ölməkdə olan dillər sırasına düşmək təhlükəsinin olduğunu düşünənlər o qədər də çox deyil. Alia Sabirova deyir ki, Tatarıstanın kənd yerlərində çox adam faktiki olaraq yalnız bu dildə danışır.

Öz uşaqları rus dilində təhsil alsa da onlara tatar dilini sevdirməyin başqa yollarını tapdığını deyir. Alia hesab edir ki, uşaqlara yalnız tatar olduqları üçün tatar dilində danışmağı sevdirmək çətindir, amma onlara bu dildə gözəl bir mahnı verə bilsən, onlar öz ana dillərini daha çox sevə bilərlər.

XS
SM
MD
LG