Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:47

Ruhani məhkəmə salonunda aclığa başladığını bildirib


Xuliqanlıqda ittiham olunan ruhani Azər Cəbiyevin aprelin 26-da Gəncənin Nizami Rayon Məhkəməsində keçirilən prosesdə aclıq aksiyasına başladığı bildirilir. AzadlıqRadiosuna onun vəkili Elçin Namazov bildirib ki, Azər Cəbiyevin aclığa başlamasına hakimin qaldırılan vəsadəti təmin etməməsi səbəb olub:

«Məhkəmədə zərərçəkmiş qismində istintaqa cəlb olunan polis əməkdaşları – Nofəl İsgəndərov İbrahim İbrahimzadə ifadə verdilər. Zərərçəkənlər ifadələrində Azər Cəbiyevdən heç bir zərər görmədiklərini dedilər. Onların biri dedi ki, Azərin əlində stul var idi. Stulu əlindən alanda oturacağın qırıq yeri onun əlini zədələyib. Digəri isə bildirdi ki, Azər stola təpiklə vurmaq istəyirdi, onu götürəndə Azərin təpiyi təsadüfən onun əlinə dəyib. Bu ifadələrdən sonra biz hər iki şəxsin zərəçəkmiş statusuna xitam verilməsi üçün vəsatət qaldırdıq. Hakim bu vəsatətlərə baxılmamış saxladı. Bundan sonra Azər Cəbiyev aclıq aksiyasına başladığını elan etdi».

Məhkəmə prosesi aprelin 27-də davam edəcək.

Aprelin 27-də xuliqanlıqda ittiham olunan başqa bir ruhani Fəxri İlyasovun işi üzrə məhkəmə prosesi başlayacaq.
XS
SM
MD
LG