Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:39

SDİ Azərbaycanda 25 potensial siyasi məhbusun siyahısını açıqlayıb


Sülh və Demokratiya İnstitutu bəyanat yayıb.

Bəyanatda deyilir ki, Azərbaycan hakimiyyəti məqsədyönlü siyasi repressiyalar həyata keçirir. Bunun sayəsində bu ilin əvvəlindən aprelin 25-dək 25 Azərbaycan vətəndaşına qarşı əsassız, qondarma cinayət ittihamları irəli sürülüb.

İnstitut bəyanatında bildirir ki, beynəlxalq ictimaiyyət Azərbaycanda bu özbaşınalığa və azadlıqların tapdanmasına qarşı etiraz səsini qaldırmalıdır.

Bəyanatda 25 potensial siyasi məhbusun siyahısı təqdim edilib. Onlar üç qrupa bölünüb

Birinci qrup - gənc fəallar:

1. Cabbar Savalan (AXCP gənclər təşkilatının fəalı) AR CM-in 234.1-ci (qanunsuz narkotik saxlamaq) maddəsi ilə ittiham olunur;
2. Bəxtiyar Hacıyev (keçmiş deputatlığa namizəd) CM-in 321.1-ci (hərbi xidmətdən yayınma) maddəsi ilə ittiham olunur.

İkinci qrup - Azərbaycan İslam Partiyasının liderləri və üzvləri:

1. Mövsüm Səmədov (AİP lideri);
2. Vaqif Abdullayev (AİP sədr müavini);
3. Dəyanət Səmədov;
4. Firdovsi Məmmədrzayev;
5. Ruhulla Axundzadə (AİP Astara təşkilatının sədri);
6. Yusif Fəxrəddin oğlu Ələkbərov (AİP Gəncə təşkilatının sədri, barəsində axtarış elan olunub);
7. Fəramiz Abbasov - Masallı rayonunun Hil kəndinin axundu;
8. Zülfüqar Mikayılzadə.
Yuxarıda sadalanan 8 nəfərin işi bir icraatda birləşdirilib. İcraatı Baş Prokurorluq və MTN-in müstəntiq qrupu həyata keçirir. Bu qrupa qarşı silah tətbiq etməklə cinayət hazırlamaq, hakimiyyəti zorla devirməyə cəhd ittihamları irəli sürülüb.
Gəncədə daha iki ruhani - Azər Cəbiyev və Fəxri İlyasov xuliqanlıqda ittiham olunur.

13 nəfərdən ibarət üçüncü qrup 2 aprel mitinqinin iştirakçılarıdır:

1. Arif Hacılı (Müsavat Partiyasının sədr müavini);
2. Fuad Qəhrəmanlı (AXCP sədr müavini, azadlıqda olsa da, hələ polisin nəzarəti altındadır);
3. Tural Abbaslı (Müsavat Partiyası gənclər təşkilatının rəhbəri);
4. Məhəmməd Məcidli (AXCP sədr müavini);
5. Sahib Kərimov (AXCP);
6. Babək Həsənov (AXCP);
7. Elşən Həsənov (Müsavat);
8. Ülvi Quliyev (bitərəf);
9. Zülfüqar Eyvazov (AXCP);
10. Arif Alışlı (AXCP);
11. Rüfət Hacıbəyli (Müsavat).
Onlara qarşı ictimai asayişi pozmaq ittihamı irəli sürülüb.

Daha iki müxalifətçi - Müsavat Partiyasından Əhəd Məmmədli və AXCP-dən Şahin Həsənli qanunsuz döyüş sursatı saxlamaqda ittiham olunur.
XS
SM
MD
LG