Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:17

DİN 14133 polisi mükafatlandırılıb


2010-cu il ərzində nümunəvi xidmətlərinə, o cümlədən, ictimai asayişin mühafizəsində, cinayətkarlığa qarşı mübarizədə əldə etdikləri nailiyyətlərinə görə daxili işlər orqanlarının 14133 nəfər əməkdaşı mükafatlandırılıb. Daxili işlər orqanları üzrə istər xidmətdə, istərsə də xidmətdən kənar vaxtda nizam-intizam qaydalarının, həmçinin qanunçuluğun tələblərinin pozulması hallarına görə 3752 əməkdaş cəzalandırılıb.

Xəbər Daxili İşlər Nazirliyinin saytında yerləşdirilib.

Xəbərdə bildirilir ki, 2010-cu il ərzində daxili işlər orqanları əməkdaşları tərəfindən qanun pozuntusuna yol verilməsi ilə bağlı 193 fakt qeydə alınıb. Buna görə 301 nəfər əməkdaş müvafiq qaydada cəzalandırılıb. Onlardan 21 nəfəri daxili işlər orqanlarında xidmətdən xaric olunub. O cümlədən polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı 174 fakt qeydə alınıb. Bu cür neqativ hərəkətlərinə görə 278 nəfər əməkdaş müvafiq qaydada cəzalandırılıb. Onlardan 18 nəfəri daxili işlər orqanlarında xidmətdən xaric olunub.

2010-cu il ərzində ümumilikdə, 129 nəfər əməkdaş mənfi motivlərlə, o cümlədən narkotik vasitələrdən qanunsuz istifadə etdiklərinə görə 26 nəfər, spirtli içkilərə aludəçilik göstərdiklərinə görə isə 10 nəfər əməkdaş daxili işlər orqanlarında xidmətdən xaric olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG