Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:59

Pamukun son romanı fransızca nəşr edildi


Nobel mükafatlı türk yazarı Orxan Pamukun “Məsumiyyət muzeyi” romanı fransızca yayımlandı.

"Gallimard" Nəşriyyatının çap etdiyi kitabı fransızcaya Valerie Gay-Aksoy çevirdi.

"Le Monde" qəzetinin kitab əlavəsi də romanı geniş şəkildə fransız kitabseverlərə tanıtdı.

Fransada geniş oxucu kütləsi olan Pamukun romanlarının çoxu fransız dilinə çevrilib.

Fransız dili dünyada 110 milyon nəfərin ana dili, 190 milyon nəfərin isə bildiyi ikinci dildir.

Pamukun “Qar” romanı 2005-ci ildə Fransada ən yaxşı xarici romana verilən “Le Prix Médicis étranger” mükafatına, “Səssiz ev” romanının fransızca nəşri 1991-ci ildə “Prix de la Découverte Européenne” mükafatına, "Qara kitab" romanı isə 2002-ci ildə "Prix du Meilleur Livre Etranger" mükafatına layiq bilinmişdi.

"Məsumiyyət muzeyi" 2008-ci ildə türkcə, 2009-cu ildə isə ingislicə yayınlanıb.

Həmçinin oxu
Orxan Pamukun romanı qısa siyahıya düşdü
Orxan Pamuk: “Ərəb üsyanları məni çox sevindirdi”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG