Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:54

Çernobldakı qəzanın 25 illiyi anılır


Aprelin 26-sı Çernobıl AES-in partlamasının 25-ci ildönümüdür. Ukraynada dünyanın ən ağır nüvə fəlakəti ilə bağlı anım tədbirləri keçirilib. Tədbirlərdə Ukrayna və Rusiya prezidentləri iştirak ediblər.

1986-cı il aprelin 26-da baş verən qəza nəticəsində 31 nəfər dərhal həlak olmuşdu. Güclü radiasiya sızmazından Ukraynanın özü, Rusiya və Belarusun sərhəd bölgələri zərər görmüşdü. Qəzadan sonra radiasiya ilə bağlı xəstəliklərin artması üzündən 100 minlərlə adam öz evlərini tərk etməyə məcbur olub.

Çernıbıl qəzası dünyanın ən ağır nüvə fəlakəti sayılır.

XS
SM
MD
LG