Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:13

«Hindistanda Kommunist şuxluğu»


Hindistanda kommunistlərin ideoloji praqmatizmi də onların siyasi uğurunun bir səbəbidir

Hindistanda kommunistlərin ideoloji praqmatizmi də onların siyasi uğurunun bir səbəbidir

«Bəzilərinə bu paradoksal görünə bilər ki, dünyanın ən böyük demokratik ölkələrindən olan Hindistan həm də Çindən sonra dünyanın siyasi cəhətdən ən nüfuzlu kommunist partiyasının olduğu bir ölkədir. Ən əsas məqam da odur ki, Hindistanın Sol Cəbhə adlandırılan kommunist partiyaları koalisiyası hələ uzun illər fəaliyyətini davam etdirmək niyyətindədir. Onlar mayın 16-da keçirilən seçkilərdən sonra nüfuz qazana və Hindistanın həm daxili, həm də xarici siyasətini dəyişə bilər»

«Wall Street Journal»da Siddhart Varadarajanın «Hindistanda Kommunist şuxluğu» başlığı altında olan yazısında belə deyilir.

Yazıda deyilir ki, kommunistlər elə siyasət qura bilərlər ki, bu iqtisadi azadlıq və Amerika Birləşmiş Ştatları ilə strateji yaxınlığa üstünlük verən Hindistan elitası üçün sərfəli olmaz. Onlar həm də ABŞ və Hindistan arasında hərbi əməkdaşlığın azalmasına çalışa bilərlər. Sol Cəbhə həmçinin hökumətin Rusiya, Çin və İranla yaxın iqtisadi və siyasi əlaqələr qurmasını istəyə bilər.
Müəllif deyir ki, kommunistlər yenilməzdir. Lakin onların problemi odur ki, onları Hindistan siyasətinin quruluşunda vacib oyunçu edən praqmatizmi fəhlə və kəndli sinfi arasında ənənəvi dəstəyini itirir


Sol Cəbhənin güclü olmasının səbəbi onun proqramının tanınması deyil, onun baş nazir Manhoman Sinin Konqres partiyası və sağ qanad Bharata Janata partiyası arasında namizədlərin yüksək vəzifəyə seçilməsinin müəyyən edən nüfuzlu bir qurum olmasıdır. Baxmayaraq ki, Sol Cəbhə heç vaxt parlamentdə yerlərin 12 faizdən çoxuna sahib olmayıb bu qurum son 5 ildə əvvəllər malik olmadığı nüfuz qazanıb. 2004-cü ildə baş nazir Sinin Konqres partiyasının hakimiyyəti qazanması üçün Sol Cəbhənin dəstəyi həlledici rol oynayırdı. İndi Konqres partiyası həmin ssenarinin davam edib-etməyəcəyinə görə narahatdır.
Sol Cəbhə bu seçkidə parlamentdə az yer tutsa belə öz dinamikliyinə görə təsir gücü qazana bilər. Öz gücündən xəbərdar olan kommunistlər də bundan mənfəət qazanmaq istəyir. Seçki ərəfəsində onlar solçular və Üçüncü Cəbhə adlanan regional partiyaların nizamsız koalisiyasını bərpa etdilər. Burada məqsəd seçiciləri milli alternativ kimi iki əsas oyunçuya təqdim etməkdir. Bu qrup lider və ideologiya baxımından elə də ümidverici gücə malik deyil, lakin onun Anhra Pradeş, Orissa, Tamil Nadu və Utta Pradeş ştatlarında yaxşı nəticə əldə edəcəyi gözlənilir.

Müəllif Siddhart Varadarajan bildirir ki, kommunistlərin ideoloji praqmatizmi də onların siyasi uğurunun bir səbəbidir. Onlar Dehlidə iqtisadi islahatların zərərləri haqqında nə deyirlər desinlər, onların hökumətləri biznes yönümlüdür.

Müəllif deyir ki, kommunistlər yenilməzdir. Lakin onların problemi odur ki, onları Hindistan siyasətinin quruluşunda vacib oyunçu edən praqmatizmi fəhlə və kəndli sinfi arasında ənənəvi dəstəyini itirir. Marksist partiyasının parlament siyasətinə və əsas koalisiyalara daha çox enerji sərf eləməsi onun ümummilli şəkildə genişlənməsinə imkan vermədi. Bu partiya və onun müttəfiqləri inqilabi siyasət üçün boş yer saxlamağa çalışırlar. Maoist yaraqlıları da bu boşluğu doldurmaq üçün irəli gəlirlər və ölkənin 20% rayonlarında güclü təsir yarada biliblər. Ehtimal olunur ki, Benqal və Keralada o qədər də tanınmayan siyasi cərəyanlar kommunistlərə əngəl törədə bilərlər, az sonra isə bu qüvvələr kommunistlərin zəifliyindən istifadə edərək parlament nüfuzlarını da ələ keçirə bilərlər.

«Wall Street Journal»da Siddhart Varadarajanın «Hindistanda Kommunist şuxluğu» sərlövhəli yazısında belə deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG