Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 09:06

ABU, «Qaradağ-Sement» və DİN-in komandası həndbol üzrə Avropa kuboklarına qatılır


Həndbol üzrə növbəti Avropa kubokları uğrunda keçiriləcək qarşılaşmaların püşkü atılıb. Qitə kuboklarında Azərbaycanı ABU, «Qaradağ-Sement» və Daxili İşlər Nazirliyinin (DİN) komandaları təmsil edəcək. Kuboklar Kuboku uğrunda yarışacaq nazirliyin komandası ilk oyununu sentyabrın 3-də Lüksemburqda bu ölkənin çempionu «HB EŞ» klubuna qarşı oynayacaq. ABU komandasının birinci oyunu isə oktybarın 15-də Bakıda Polşanın «Zaqlebye» komandasına qarşı olacaq. EHF kuboku uğrunda yarışan «Qaradağ-Sement» komandası isə sentyabrın 17-də Belorus təmsilçisi «Qorodniçanka»nı qəbul edəcək. Cavab oyunları isə həmin qarşılaşmalardan bir həftə sonra keçiriləcək.



Günün bütün mövzuları

XS
SM
MD
LG