Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:58

“Yeni Müsavat”: “Hacı Məmmədov - iqtidar anlaşması”


“Şərq” qəzetindəki “Pas­port əmə­liy­ya­tı” başlıqlı məqalədə bildirilir ki, Bor­ça­lı ma­ha­lın­da ya­şa­yan azərbaycanlıların Gür­cüs­tan ha­ki­miy­yə­ti ilə bağ­lı ki­fa­yət qə­dər çə­tin­lik­lə­ri ol­du­ğu bir vaxt­da prob­lem­lər sı­ra­sı­na bi­ri də əla­və olu­nub. Am­ma bu də­fə çə­tin­li­yi ya­ra­dan Gür­cüs­tan tə­rə­fi de­yil, Azər­bay­ca­nın Da­xi­li İş­lər Na­zir­li­yi­dir. Əs­lən Gür­cüs­tan­dan olan və müx­tə­lif il­lər­də Azər­bay­ca­na gə­lə­rək bu­ra­nın və­tən­daş­lı­ğı­nı qə­bul et­miş şəxs­lə­rin şəx­siy­yət və­si­qə­si al­ma­sın­da prob­lem­lər ya­ra­nıb. Bun­dan baş­qa, 1990-cı il­lər­də Azər­bay­ca­na gə­lə­rək bu öl­kə­nin və­tən­daş­lı­ğı­nı qə­bul edən gür­cüs­tan­lılar Gür­cüs­ta­na ge­də bil­mirlər. Bu­na sə­bəb isə Daxili İşlər Nazirliyinin apar­dı­ğı araş­dır­ma­lar­dır. Sözügedən na­zir­li­yi­n Mət­bu­at Xid­mə­ti­nin əmək­da­şı Eh­san Za­hi­dov isə de­yir ki, hə­lə əs­lən Gür­cüs­tan­dan olan Azər­bay­can və­tən­daş­la­rı öz də­də-ba­ba tor­paq­la­rı­na get­mək üçün ən azın­dan bir ay əziy­yət çək­mə­li ola­caq­lar, çünki Gür­cüs­ta­na sə­fər et­mək is­tə­yən şəxs­lə­rin sə­nəd­lə­ri­nin yox­la­nıl­ma­sı da­vam et­di­ri­lir.


“Yeni Müsavat” qəzetindəki “Hacı Məmmədov - iqtidar anlaşması” başlıqlı məqalədə Hacı Məmmədovun “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı məhkəmədəki etirafı şərh olunub. Məqalədə bildirilir ki, əksər müşahidəçilərin fikrincə, hakimiyyət Elmar Hüseynovun qətlinin guya sifarişçisinin adını açıqlamaqla özü barəsində formalaşmış “jurnalist qatili” imicindən xilas olmağa çalışıb. Müəllifə görə, əgər sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevlə bağlı hər hansı ciddi fakt olsaydı, təbii ki, hakimiyyət onunla bağlı “çevriliş” planı hazırlamaz, elə birbaşa “jurnalist qatili” kimi təqdim edib ondan canını qurtarardı. “Burda açıq-aşkar Hacı Məmmədovla iqtidarın “bazarlaşdığını” görmək mümkündür», - məsələni şərh edərkən müəllif belə qənaətə gəlir.


“Mərkəz” qəzetindəki “Tələbələr yataqxanasız qalıb” başlıqlı məqalədə bildirilir ki, hazırda Bakıda yer tapıb qalmaq rayonlardan gələn tələbələr üçün əsl problemə çevrilib. Tələbə yataqxanalarının demək olar ki, hamısında indi tələbə deyil, əsasən məcburi köçkün və qaçqınlar yaşayır. Hətta vəziyyət elə gətirib ki, institututlar ən kasıb tələbəsini belə yerləşdirməyə otaq tapa bilmir. Bunu institutut rəhbərləri də etiraf edirlər. Bakı Dövlət Universitetinin 9 yataqxanası var. Rektorun köməkçisi Namiq Şıxəliyev deyir ki, bu il yataqxanada qalmaq üçün ərizə ilə müraciət edənlərin sayı çox olsa da, onların demək olar ki, heç birini yaşayış yeri ilə təmin edə bilməyiblər. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi isə tələbə yataqxanalarında məskunlaşan qaçqınları yaxın vaxtlara çıxarmağın nəzərdə tutulmadığını deyir.


XS
SM
MD
LG