Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:36

Bakıda İsrail səfirliyi qarşısında etiraz aksiyasına cəhd olub


Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAMM) İsrailin Bakıda yerləşən səfirliyinin qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. İsrail hərbi qüvvələrinin Livanda əməliyyatlar keçirməsinə etiraz etdiklərini bildirən aksiya iştirakçıları səfirliyin binasına yaxınlaşmaq istəyiblər. Əllərində «İsrail, stop», «İsrail, Litvandan çıx» şüarları tutan aksiyaçıların qarşısını Yasamal rayonun polis əməkdaşları kəsiblər. 8 nəfər həbs olunub. Yasamal rayon Polis İdarəsinin rəis müavini Çingiz Məmmədov «Azadlıq» radiosuna bildirib ki, səfirliyin binası ciddi şəkildə qorunur. O, bunu ekstremist qüvvələrin əraziyə gələ bilməsi ehtimalı ilə əlaqələndirib. Hazırda səfirliyin binasını onlarla polis əməkdaşı qoruyur.


Günün bütün mövzuları

XS
SM
MD
LG