Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:25

Gənclərdən ibarət hokkey yığması yarımfinala vəsiqə qazanıb


Azərbaycanın gənclərdən ibarət otüstü hokkey üzrə yığma komandası Slovakiyada keçirilən «Çağırış» kuboku turnirində mübarizəni davam etdirir. Üçüncü turda Azərbaycan komandası Litva millilərinə 2:1 hesabı ilə qalib gəlib. Bundan əvvəlki oyunlarda da Azərbaycan yığması Rumıniya və Bolqarıstan yığmalarına 4:1 və 5:1 hesabı ilə qalib gəlmişdi. İndi Azərbaycan yığmasının 9 xalı var və Ukrayna komandası ilə keçiriləcək son görüşün nəticəsindən asılı olmayaraq yarımfinala vəsiqə qazanıb.


«Trofi» kuboku uğrunda mübarizə aparan Azərbaycanın qızlardan ibarət otüstü hokkeyçiləri isə uğursuzluq seriyasını davam etdirirlər. Litva komandasına 6:0 hesabı ilə məğlub olan komanda bundan əvvəlki turda Ukrayna millilərinə də yenilmişdi.



Günün bütün mövzuları

XS
SM
MD
LG