Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:53

Sabah «Karvan» və «Qarabağ» cavab qaşılaşmalarına çıxır


İyulun 27-də UEFA kubokunun təsnifat mərhələsi çərçivəsində Yevlaxın «Karvan» klubu Slovakiyada yerli «Spartak»la qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22.00-da olacaq. «Karvan»ın baş məşqçisi Yunis Hüseynovun verdiyi məlumata görə, komanda oyundan bir saat əvvəl son məşqə çıxacaq.


İlk oyunda «Karvan» «Spartak»ın qapısından bir cavabsız qol keçirmişdi.


İyulun 27-də Ağdamın «Qarabağ» komandası da Bakıda Moldovanın «Zimbru» komandasını qəbul edəcək. Bu komandalar arasında ilk oyun heç-heçə başa çatmışdı.



Günün bütün mövzuları

XS
SM
MD
LG