Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:09

Harvard Universitetinə necə qəbul olunmaq olar?


Harvard Universitetinə iki yolla qəbul olmaq mümkündür: fərdi yolla və təhsil proqramları vasitəsilə

Harvard Universitetinə iki yolla qəbul olmaq mümkündür: fərdi yolla və təhsil proqramları vasitəsilə

Əsası 1636-cı ildə qoyulmuş Harvard Universiteti Amerikanın Massaçusets ştatında, Kembric şəhərində yerləşir. Universitetin 9 fakültəsi var. Tələbələr incəsənət və elm, tibb, ilahiyyat, hüquq, biznes, dizayn, pedaqogika, səhiyyə və idarəetmə fakültələrində həm bakalavr, həm də magistr pilələri üzrə təhsil alırlar. Harvardda bir il magistr pilləsi üzrə təhsil almış Ramin İsayev deyir ki, bu universitetə qəbul olmaq nə qədər çətindirsə, oxumaq bir o qədər asandır.

Harvard Universitetinin yerləşdiyi Kembric şəhəri ali məktəblərlə zəngin bir şəhərdir. Burada həm də Massaçusets Texnologiya İnstitutu, Taft Universiteti, Fleçer Hüquq və Diplomatiya Məktəbi və başqa ali məktəblər yerləşir. Bu ali məktəblər arasında olan razılaşmaya əsasən məsələn, Harvard Universitetinin tələbəsi qonşuluqdakı universitetlərdən də öz ixtisasına uyğun fənn seçə və həmin dərslərdə iştirak edə bilər. «Tələbələr qonşuluqdakı universitetlərdə nəinki təhsil alır, həm də oradakı laboratoriyalardan, kitabxanalardan, klublardan, idman komplekslərindən istifadə edə bilirlər».


Harvard Universitetinə iki yolla qəbul olmaq mümkündür: fərdi yolla və müxtəlif təşkilatların təklif etdiyi təhsil proqramları vasitəsilə. Universiteti ödənişli ali məktəbdir, burada bir illik təhsil haqqı fakültələrdən asılı olaraq 25-40 min Amerika dolları arasında dəyişir. Amma Ramin İsayev deyir ki, bu məbləğ fərdi yolla imtahan vermək istəyənləri qorxutmasın. Çünki əvvəlcə internet vasitəsilə universitetlə əlaqə yaratmaq, ərizə formasını doldurmaq, tələb olunan inşaları yazmaq və TOEFL imtahanının nəticələrini göndərmək lazımdır. Bu mərhələdən uğurla keçən tələbələrdən universitetin professorları müsahibə götürürlər. Həmin mərhələdən də keçən tələbəyə bir ay ərzində maliyyə mənbəyi tapmaq üçün vaxt verilir. Ramin İsayev deyir ki, bu müddət ərzində təhsil haqqını ödəmək üçün sponsor axtarışına da çıxmaq olar, elə onun özü kimi.


Harvardda ödənişsiz təhsil almaq istəyənlər isə gərək gözdə-qulaqda olsunlar: «Hər il, adətən sentyabr, oktyabr aylarında Bakı Təhsil Mərkəzi, İREX təşkilatı, Amerika səfirliyi və bir neçə başqa təşkilat tələbələrə təhsil proqramları təklif edir. Həmin proqramlar vasitəsilə bir neçə universitetlə yanaşı, Harvard Universitetinə də qəbul olmaq şansı olur».


Xaricdə oxumaq arzusundasınızsa


Xaricdə oxumaq arzusundasınızsa, gərək xaricdə təhsil almağın yollarını da biləsiniz. Bunun üçünsə “Təhsil və İnkişaf naminə təşəbbüs qrupu”nun təşkil etdiyi “Müasir və beynəlxalq təhsil sisteminə inteqrasiya” adlı təlimdə iştirak edə bilərsiniz. Təlimlər 21, 24, 28 və 31 iyul tarixlərində Bakıda, avqustun 4-də isə Sumqayıtda keçiriləcək. “Təhsil və İnkişaf naminə təşəbbüs qrupu”nun üzvü Murad Misgərli deyir ki, təlimlərdə tələbələrə xaricdə təhsil almaq üçün müraciət formaları öyrədiləcək və bununla bağlı iştirakçıların bütün sualları cavablandırılacaq.


Murad Misgərli deyir ki, təlimlərdə yuxarı sinif şagirdləri və tələbələr iştirak edə bilərlər. İştirak pulsuzdur. İştirakçılar həm də lazımi vəsaitlərlə də təmin olunurlar. Təlimdə iştirak etmək istəyənlər Mirzə İbrahimov küçəsi 11-də yerləşən Vətəndaşların İnkişaf Mərkəzinə müraciət edə bilərlər.


DİNLƏYİN!


XS
SM
MD
LG