Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:23

Azərbaycan Livana humanitar yardım edəcək


Azərbaycan hökuməti Livandakı böhranlı vəziyyətdən əziyyət çəkən insanlara humanitar yardım edəcək. Bunu «Azadlıq» radiosuna Xarici İşlər Nazirliyi (XİN) Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə deyib. Yardımın yaxın günlərdə ediləcəyini bildirən cənab Tağızadə həmin vəsaitin məbləği haqda konkret fikir söyləməyib.


XİN rəsmisi deyib ki, texniki məsələlər həll edilən kimi yardım dərhal Livana göndəriləcək.


Tahir Tağızadə Azərbaycanın BMT-dəki nümayəndəsi və İslam Konfransı Təşkilatını təmsil edən dövlətin təmsilçisi kimi Yaşar Əliyevin Lavan xalqıyla həmrəy olduğunu da sözlərinə əlavə edib.


İsrail ordusu Livanda hərbi əməliyyatlar həyata keçirir. Buna Livanın cənubunda İsrailin iki əsgərinin girov götürülməsi səbəb olub. Əsgərlərin qaçırılmasında «Hizbulla» təşkilatı məsuliyyəti üzərinə götürüb.






Günün bütün mövzuları

XS
SM
MD
LG