Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:26

Rusiyadan Azərbaycana verilən idxal qazı dayandırılıb


İyulun 25-də Rusiyadan Azərbaycana verilən təbii qazın nəqli dayandırılıb. «Azəriqaz» Səhmdar Cəmiyyətindən (SC) «Azadlıq» radiosuna verilən məlumata görə, Rusiya tərəfi bunu kəmərdə təmir-bərpa işlərinin aparılmasıyla əlaqələndirib. «Azəriqaz»ın əməkdaşı Kamandar Eyvazlı bildirir ki, bu, əhalinin qaz təminatında problem yaratmayacaq: «Əgər bərpa işləri uzanarsa, əhaliyə ehtiyat anbarlardan qaz verəcəyik».


«Azəriqaz» SC bu cür bərpa işlərinin adətən 3-4 gün çəkəcəyini bildirir.


Günün bütün mövzuları

XS
SM
MD
LG