Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:52

Teymur Rəcəbov qələbəylə başladı


İsveçrənin Bil şəhərində 39-cu beynəlxalq şahmat festivalı çərçivəsində qrossmeysterlərin turniri başlanıb. Turnirdə Azərbaycanı Teymur Rəcəbov təmsil edir. Birinci turun oyunları dünən axşam keçirilib. T.Rəcəbov ağ fiqurlarla Ukranya şahmatçısı Andrey Volokitinə qarşı oynayıb və qalib gəlib. Bu gün axşama təyin edilən ikinci oyunda Teymur Rəcəbov isveçrəli Yannik Pelletyeylə qarşılaşacaq.



XS
SM
MD
LG