Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:06

“Bakı-Xəbər”: “Azərbaycan iqtisadiyyatında xarici investisiyanın həcmi azalır”


“Bakı-Xəbər” qəzetindəki “Azərbaycan iqtisadiyyatında xarici investisiyanın həcmi azalır” başlıqlı məqalədə bildirilir ki, aparılan hesablamalara görə, Azərbaycana xarici investorların yatırdığı kapitalın həcmi indi azalan xətt üzrə inkişaf edir. Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin sözlərinə görə, ölkə iqtisadiyyatına 2006-cı ilin ilk 6 ayı ərzində 2,6 milyarda yaxın yeni Azərbaycan manatı investisiya qoyulub. Bu isə, ötən ilin müvafiq dövrü ilə müqayisədə, əcnəbi investisiyanın həcminin 7,7 faiz azalması deməkdir. Mütəxəssislər belə hesab edir ki, xarici investisiyaların həcminin azalan xətt üzrə inkişaf etməsi son nəticədə bütöv investisiyanın həcminin azalmasına gətirib çıxaracaq. Cari ilin əvvəllərindən etibarən xarici investisiyaların həcminin azalmasının səbəblərinə gəlincə, bu, daha çox bir sıra əcnəbi şirkətlərə qarşı hökumətin nümayiş etdirdiyi sərt mövqedən sonra ölkənin investisiya mühitinə ciddi zərbə dəyməsilə izah olunur.


“Şərq” qəzetindəki “Mü­xa­li­fə­tin süst­lü­yü” başlıqlı məqalədə müəllif mü­xa­li­fət dü­şər­gə­sin­də mü­şa­hi­də olun­an passivliyin səbəblərini araşdırıb. Müəllif yazır ki, dü­şər­gə­nin təm­sil­çi­lə­ri bu­nu ya­yın gə­li­şi, iq­ti­da­rın təz­yiq­lə­ri ilə əla­qə­lən­dir­sə­lər də, bu sə­bəb­lər o qə­dər də inan­dı­rı­cı gö­rün­mür. Po­li­to­loq Cüm­şüd Nu­ri­yev də süst­lü­yün yay fəs­li ilə izah olunmasının əley­hi­nə çı­xış edib. Onun de­di­yi­nə gö­rə, Azər­bay­can mü­xa­li­fə­ti­nin be­lə bir və­ziy­yə­tə düş­mə­si par­la­ment seç­ki­lə­rin­dən son­ra baş ve­rib. Po­li­to­loq Ra­uf Mir­qə­di­rov isə mü­xa­li­fə­tin süst­lü­yü­nün ob­yek­tiv sə­bəb­lə­ri ol­du­ğu­nu söy­lə­yib. O, seç­ki­dən son­ra məğ­lub ol­muş mü­xa­li­fə­tin öz sı­ra­la­rı­na ba­xış ke­çir­di­yi­ni deyib.


“525-ci qəzet”də bildirilir ki, Azər­bay­ca­na sə­fə­ri­ni ba­şa vu­rub Ye­re­va­na ge­dən Av­ro­pa Bir­li­yi­nin Cə­nu­bi Qaf­qaz üz­rə xü­su­si nü­ma­yən­də­si Pi­ter Sem­ne­bi dü­nən Er­mə­nis­tan rəh­bər­li­yi ilə da­nı­şıq­lar apa­rıb. Er­mə­nis­tan pre­zi­den­ti­nin Mət­bu­at Xid­mə­ti­nin mə­lu­ma­tı­na gö­rə, cənab Sem­ne­bi­nin döv­lət baş­çı­sı Ro­bert Kö­çar­yan­la gö­rü­şün­də Er­mə­nis­tan- Av­ro­pa Bir­li­yi­ mü­na­si­bət­lə­ri mü­za­ki­rə olu­nub. Tə­rəf­lər həm­çi­nin re­gio­nal mü­na­si­bət­lər və Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin tən­zim­lən­mə­si is­ti­qə­mə­tin­də fi­kir mü­ba­di­lə­si apa­rıb­lar. P.Sem­ne­bi de­yib ki, Av­ro­pa Bir­li­yi Azər­bay­can və Er­mə­nis­tan ara­sın­da Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin ni­zam­lan­ma­sıy­la bağ­lı hə­lə də ra­zı­lıq əl­də olun­ma­ma­sın­dan tə­əs­süf­lə­nir. Onun söz­lə­ri­nə gö­rə, Av­ro­pa Bir­li­yi da­nı­şıq­lar pro­se­sin­də bir­ba­şa iş­ti­rak et­mə­sə də, Av­ro­pa «Qon­şu­luq Si­ya­sə­ti» çər­çi­və­sin­də tə­rəf­lər ara­sın­da qar­şı­lıq­lı ina­mın ya­ran­ma­sı­na kö­mək gös­tər­mə­yə ha­zır­dır. Bu­nun­la ya­na­şı, fin­lan­di­ya­lı dip­lo­mat da­nı­şıq­lar pro­se­si­nin for­ma­tı­nın də­yiş­di­ril­mə­si­nə əsas gör­mə­di­yi­ni də vur­ğu­la­yıb.


“Ayna” qəzetinin əməkdaşı ilə söhbətində Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ilin sonuna qədər kənd təsərrüfatı məhsullarının bir qədər də bahalaşacağını proqnozlaşdırdığını bildirib. “Bizim hesablamalarımız göstərir ki, ilin sonuna qədər kənd təsərrüfatı məhsullarının qiyməti ən azı 50 faiz bahalaşacaq. Biz təklif edirik ki, hökumət ət və ət məhsulları, eləcə də toyuğun qiymətinin ucuzlaşdırılması istiqamətində addımlar atsın. Çünki bu məhsullara xərclənən vəsait doğrudan da sıravi vətəndaşın büdcəsinin böyük hissəsini təşkil edir”, - deyə Eyyub Hüseynov bildirib. Kənd Təsərrüfatı naziri İsmət Abbasov isə bildirir ki, bahalaşmanın qarşısını almaq üçün Bakının inzibati rayonlarında mütəmadi olaraq yarmarkalar təşkil ediləcək. Onun sözlərinə görə, nazirliyin nümayəndələri Bakıya yaxın rayonlara təhkim olunub və onlar kənd sakinlərinin öz məhsullarını paytaxt yarmarkalarında satması üçün yerli rəhbərliyin imkan yaratmasına nəzarət edirlər. Müvafiq icra strukturlarının yaradacağı imkanın nədən ibarət olmasına gəlincə, cənab Abbasov “onlar kənd sakinlərinin Bakıya gəlib-getməsi üçün nəqliyyat ayırmaqla yanaşı, məhsulun yarmarkalarda yerləşdirilməsinə şərait yaradırlar” deyib. İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Azər Mehtiyev isə hesab edir ki, alternativ bazarların, yəni yarmarkaların təşkili müvəqqəti xarakter daşıdığından atılan addımın təsiri də müvəqqəti olacaq.


XS
SM
MD
LG