Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:06

Maraqlı faktlar


18 dildə 600 kitab


Çingiz Abdullayevin bu vaxta kimi 98 roman və povesti çapdan çıxıb. Dünya xalqlarının 18 dilində 600-ə qədər kitabı işıq üzü görüb. Bu kitabların ümumi tirajı 22 milyona çatır. Onu da xatırlatmaq yerinə düşər ki, Çingiz Abdullayev 98 roman və povestin 93-ünü son 12-13 ildə yazıb. Yazıçı əsərlərini daha çox xarici ölkələrdə qələmə aldığını deyir.



«Biz nəsillikcə hüquqşünasıq»


Çingiz Abdullayev Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Atası, babası, yaxın qohumlarından çoxu hüquqşünas olub. «Atam uzun illər prokurorluq orqanlarında çalışıb, Vəkillər Kollegiyasının sədri olub. Hətta qızım da bu ixtisası seçib. Hazırda İngiltərə də oxuyur. Hiss edirəm ki, oğlumun da hüquqşünaslığa meyli var».


XS
SM
MD
LG