Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:44

ATƏT Azərbaycan və Ermənistanı atəşkəsə hörmət etməyə çağırıb


«ATƏT Azərbaycan və Ermənistanı atəşkəsə hörmət etməyə və snayperləri cəbhə xəttindən geri çəkməyə çağırıb». ATƏT sədri, Yunanistanın XİN Dora Bakoyannisin bəyanatında belə deyilir.

Bakoyannis Dağlıq Qarabağ münaqişəsi tərəflərinin sülh danışıqlarında tərəqqiyə nail olacağına ümid etdiyini deyib və tərəfləri atəşkəs rejiminə tam əməl etməyə, o cümlədən snayperləti cəbhə xəttindən geri çəkməyə çağırıb.

Bununla yanaşı Bokayannis Azərbaycan və Ermənistan prezidentlərinin Praqada keçirdiyi konstruktiv danışıqları alqışlayıb.

Ancaq ATƏT sədri deyib ki, «mühüm atəşkəs razılaşmasının 15 il əvvəl imzalanmasına baxmayaraq, vəziyyət son dərəcə dəyişkən və faciəvidir, həyatlar hələ də itirilməkdə davam edir».

O, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Madrid prinsipləri əsasında apardığı səyləri dəstəklədiyini bildirib.

Ermənistan və Azərbaycan arasında əldə olunmuç atəşkəs razılaşması 1994-cü ilin mayın 12-dən qüvvəyə minib.
XS
SM
MD
LG