Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:27

Prezident Pakistan səfirini qəbul edib


Prezident İlham Əliyev iyulun 24–də Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Hafizi diplomatik fəaliyyətinin başa çatması ilə bağlı qəbul edib. «AzərTAc» İnformasiya Agentliyinin məlumatına görə, səfir iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bildirib və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini Pakistan hökuməti və xalqının daim dəstəklədiyini vurğulayıb.
İlham Əliyev isə, iki ölkə münasibətlərinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının yüksək səviyyədə olduğunu bildirib.


Öİkə başçısı iyulun 24–də həmçinin «VİNCİ» Qrupunun prezidenti İv-Tibo de Silqinin rəhbərlik etdiyi nümayəndə heyətini də qəbul edib.


XS
SM
MD
LG