Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:32

Avtobusla Həccə getmək qadağan oluna bilər


Səudiyyə Ərəbistanı növbəti ildən avtobusla Həcc ziyarətinə getməyə qadağa qoya bilər. Qafqaz Müsə lmanları İdarəsinin ( QMİ) ziyarət şöbəsinin əməkdaşı Nadir Əliyevin sözlərinə görə, bütün müsəlman ölkələrindən ziyarətə yalnız təyyarə ilə gedilir. Səudiyyə Ərəbistanı isə bütün bu illər ərzində Azərbaycan və Orta Asiya respublikalarına gənc dövlət kimi güzəştə gedərək, avtobusla da ziyarətə icazə verib. Cənab Əliyev hazırda bu yöndə danışıqlar getdiyini və necə nəticələnə cəyini deməyin çətin olduğunu bildirir.


Bu il Həcc ziyarətinə avtobusla gedişə icazə verilsə də, gediş qiymətləri nisbətən bahalanıb. Avtobusla gediş qiyməti 1350, təyyarə ilə isə 2200 dollardır. QMİ-nin əməkdaşı Nadir Əliyev bunu Səudiyyə Ərəbistanında xidmətin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlayır: «Əslində, qiymətlərdə ciddi fərq yoxdur. Keçən illə müqayisədə avtobusların qiyməti 30, təyyarə 100 dolar bahalanıb».


Həcc ziyarəti bu ilin dekabrında başlanacaq.




XS
SM
MD
LG