Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:13

Səhiyyə Nazirliyi və Dövlət Baytarlıq Xidməti yanğınlarla bağlı monitorinqə başladı


Səhiyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mütəxəssis qrupu iyulun 24-dən 28-dək Ağdam, Beyləqan və Tərtər rayonlarında monitorinq aparacaqlar. Məqsəd Azərbaycanın işğal olunmuş ərazilərindəki yanğınlar zamanı əhalinin səhhətində, eləcə də yerli heyvanat və bitki aləmində baş verə biləcək dəyişiklikləri öyrənmək, müayinələr aparmaqdır.


Dövlət Baytarlıq Xidmətinin sədr müavini Emin Şahbazovun sözlərinə görə, yanğınlar zamanı xeyli sayda sürünən və gəmirici heyvan işğal olunmuş ərazilərdən Ağdamın, Beyləqanın və Tərtərin kəndlərinə keçib. Monitorinq zamanı bu heyvanların nə dərəcədə təhlükəli olduğunu, onların insanlara və təsərrüfata ziyan yetirməməsi üçün hansı tədbirlərin həyata keçirilməsini də araşdıracaqlar: «Lazım gələrsə mütəxəssislər analizlər də götürəcəklər. Hələliksə monitorinq aparlır».


Monitorinqin nəticələri gələn bazar ertəsi açıqlanmalıdır.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ilkin hesablamalarına görə, son bir neçə ayda davam edən yanğınlar zamanı Azərbaycana 4,5 milyon dollar ziyan dəyib. 50-dək ağac və bitki növü məhv olunub.


XS
SM
MD
LG